2008 ci ildə əsası qoyulmuş Kaizen MMC 10 ildən artıqdır ki,ölkədə fəaliyyət göstərən qabaqcıl inşaat şirkətlətindən biridir.O zamandan bəri Kaizen MMC nəzərə çarpacaq dərəcədə böyümüş və istər kommersiya,istərsə də sənaye bazarında ciddi rəqabət apararaq öz təcrübəli mütəxəssisləri ilə birgə Azərbaycanda bir çox iri layihələrini həyata keçirmişdi

      Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şirkət ən yüksək standartlara uyğun memarlıq dizaynı,mühəndislik,müasir layihələndirmə,inşaat və layihələrin professional idarə olunması əməliyyatlarından istifadə edir.Mürəkkəb layihələrinin inşaatında  innovativ inşaat texnologiyalarını tətbiq edir,bu da şirkətin beynalxalq təcrübəyə malik işçi heyətinin unikal ideyalarını həvəsləndirərək və stimullaşdıraraq layihələrin təhlükəsiz mühitdə  idarə olunmasına və şaffaflığına dair verdiyi təminatlara  sadiq qaldığını sübut edir. Qısa müddət ərzində  Kaizen MMC ölkənin ən tanınan tikinti Şirkətlərindən birinə çevrildi. İşimizi təhlükəsiz, yüksək keyfiyyətlə və vaxtında icra etməyimiz –Sifarişçilərimizin bizə olan inamını dahada artırır.